• $
  • €
  • ₽
  • ₺
  • £

Müəssisə bağlansa da, qeyri-qanuni fəaliyyət göstərirmiş - Fotolar

Müəssisə bağlansa da, qeyri-qanuni fəaliyyət göstərirmiş - Fotolar
03.10.2021 17:30
Ağstafa rayonu, Həsənsu kəndində fəaliyyət göstərən fiziki şəxs İsmayılov Əli Arzu oğluna məxsus limonad və spirtli içkilərin istehsalı müəssisəsinə baxış keçirilib.

Anews.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, müəssisədə 14.09.2020-ci il tarixdə keçirilən yoxlama zamanı müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qeyri qənaətbəxş olmasına və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Lakin təkrar baxış zamanı sahibkar tərəfindən həmin qərara riayət edilmədiyi və müəssisənin qeyri-qanuni yollarla fəaliyyət göstərdiyi məlum olub.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik qaydalara, eləcə də, qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehsal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu məlum olub.

Eyni zamanda, müəssisədə xammalların və hazır məhsulların saxlama rejimlərinə riayət edilmədən saxlanıldığı, həmçinin çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
 






www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol