100-ə yaxın çay evlərinin sahibləri Operativ Qərargaha müraciət edib

Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın məşhur çay evinin sahibləri 1 il 7 aydır qüvvədə olan qəlyan qadağasının aradan qaldırılması ilə bağlı Operativ Qərərgaha müraciət edib.
Müraciətdə bu sektorun fəaliyyəti ilə bağlı bəzi maraqlı rəqəmlər səsləndirilib.
Sahibkarlar bildiriblər ki, çay evlərində gündəlik dövriyyənin 70-80 faizi qəlyandan asılı olub. "Biz sahibkarlar yığışıb təxmini bir hesablama aparmışıq. Ölkədə 5 minə yaxın qəlyan verən obyekt var, günə orta hesabla götürsək, 30 manatdan 30 qəlyan satırdıqsa, bu gündəlik 4,5 milyon manat dövriyyə demək idi. Bu hesabla, pandemiya dövründə qəlyan qadağasına görə təxminən 2,5 milyard manatlıq dövriyyə əldən çıxıb” - deyə onlar bildirib.
Sahibkarlar deyib ki, məcburiyyətdən kütləvi sayda işçi ixtisar ediblər, ümumi olaraq bu sahədə təxminən 70 faiz insan işiz qalıb:
"Həmin insanların ailələri də maddi olaraq çətin vəziyyətdədirlər. Əvvəl 50 əməkdaşı olan çay evləri indi 4-5 işçi ilə işləyirlər. Qəlyan vermirik deyə digər xidmətlər də satılmır",-deyə onlar əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























