Ölkə başçısı Bərdə Peşə Liseyinin açılışını edib

Oktyabrın 3-də Bərdə Peşə Liseyinin açılışı olub.
Anews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Prezidentə məlumat verildi ki, liseyin 5 bloklu tədris korpusunda sinif otaqları, laboratoriyalar, silah kabineti, idman və akt zalları, yeməkxana, emalatxana, iclas zalı və digər zəruri otaqlar vardır. Burada şagirdlərin mükəmməl peşə biliklərinə yiyələnməsi üçün hər cür şərait yaradılıb.
Ölkə iqtisadiyyatının inkişafı, yeni iş yerlərinin açılması peşə təhsili sahəsində hazırlanan kadrlara ehtiyacı artırır. Bu istiqamətdə özəl sektorla təhsil sahəsi arasında mövcud mexanizmlərin tətbiqinin gücləndirilməsi də əsas vəzifələrdən biridir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların ixtisaslı kadrlarla təminatına müsbət təsir göstərir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























