Gəncənin bombalanmasında 3800 ziyan dəymiş obyektdən neçəsi bərpa olunub? - RƏSMİ

Erməni silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində Gəncədə ziyan dəymiş 3800 yaşayış və qeyri yaşayış obyektlərindən 3000-nə yaxınının təmir bərpa işləri yekunlaşıb, 700-ə yaxın tikilinin təmir-bərpası davam edir, hazırda 34 yaşayış evi və 1 sahibkarlıq obyektinin tikintisi gedir, bu barədə anews.az-ın sorğusuna Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
İkinci Qarabağ müharibəsi dövründə Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür. 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.
Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























