Tibb işçisindən şantajla pul tələb edən saxta jurnalist saxlanılıb

Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən tibb məntəqəsində işləyən şəxslərdən biri Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Qazax rayon sakini Saleh Hüseynov zərərçəkəndən 500 manat almaq istəyərkən saxlanılaraq Qobu Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























