Boşanma saylarının artması statistikası düzgün deyil - Hicran Hüseynova

"Boşanmaların sayının artması ilə bağlı statistika düzgün deyil”.
Bunu Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova APA-ya deyib.
Gənc ailələrin yaranmasında valideynlərin böyük rolunun olduğunu deyən komitə sədri gənclərin ailə quran zaman valideynlərin təsiri altına düşdüklərini bildirib: "Nəticədə bu ailənin gələcəyi şübhə altında qalır. Böyük məsuliyyətlə qurulan ailələrin isə gələcəyi haqqında xoş düşünmək mümkündür. Həmin ailələrin gələcəyi gözəl olur”.
Komitə sədri deyib ki, bu gün gənc ailələr üçün böyük imkanlar yaradılıb, onların ev məsələləri və digər problemləri həll olunub: "Bu da təbii ki, inkişafın böyük nəticələridir. Elə insanlar var ki, bu işə məsuliyyətsiz yanaşırlar və nəticədə onların qurduğu ailə uzun sürmür”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























