Müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynləri barədə AÇIQLAMA

Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb.
Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb.
O bildirib ki, "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova rəhbəri olduğu sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verib.
Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib.
"Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir", - T.Mərdanoğlu əlavə edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib