Telman İsmayılov yalnız bu halda azadlığa çıxa bilər

Monteneqroda həbsdə olan Telman İsmayılovun azadlığa çıxmaq şansı var.
İş adamı oktyabrın 1-də "qətl sifarişi” və "qanunsuz silah dövriyyəsi” maddələri ilə beynəlxalq axtarış çərçivəsində saxlanılıb.
Onun vəkilləri yerli qanunvericiliyə əsasən, iş adamının həbsindən keçən 40 gün ərzində onun ekstradisiyası barədə Rusiya tərəfindən müraciət olunmayacağı təqdirdə İsmayılovun azadlığa buraxılacağını bildiriblər. Məhz bu səbəbdən Rusiya Baş Prokurorluğu İsmayılovla bağlı proseduru sürətləndirmək qərarına gəlib.
Əgər noyabrın 9-na qədər Rusiya tərəfi İsmayılov barədə lazımi sənədləri və sorğunu təqdim etməsə, iş adamı azadlığa buraxılacaq.
Rusiya Telman İsmayılovu ortaqları Vladimir Savkin və Yuri Brılyovun qətlini sifariş verməkdə təqsirləndirir.(modern.az)
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib