Bölgələrdə övladına vaksin vurdurmaq istəyənlərin NƏZƏRİNƏ

12-15 yaşlı yeniyetmələrin COVID-19 əleyhinə vaksinasiyası könüllü olduğundan hələlik regionlarda mərkəzlər yaradılmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, regionlarda yaşayan valideynlər həmin yaşdakı övladlarının vaksin olunmasını istəyirsə, paytaxtda yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər:
"Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində həyata keçiriləcək. Rayonlarda yaşayan şəxslər də bununla bağlı Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər", - deyə nazirlikdən bildirilib.
Səhiyyə Nazirliyinin müvafiq qərarına əsasən, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer ("Comirnaty”) peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib