• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək

Bakıda Beynəlxalq Biznes Forum keçiriləcək
05.10.2021 22:00
25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) bu ilin 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və forumun təsisçisi olan Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək forum bir sıra ölkələrdən iş adamlarını və dövlət rəsmilərini bir araya gətirəcək.

Hər il müxtəlif ölkələrdə keçirilən forumun təşkilində başlıca məqsəd ölkələr arasında ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi, davamlı əməkdaşlıq modellərinin yaradılması, investisiya sahəsində əməkdaşlıq və biznes əlaqələrinin möhkəmləndirilməsidir. Bu məqsədlə forum çərçivəsində bir sıra konfranslar, ölkə təqdimatları, ikitərəfli görüşlər, sərgilər və digər tədbirlər keçiriləcək. 

Türkiyədə səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İBF Forumunun prezidenti, MÜSİAD-ın qurucu rəhbəri Erol Yarar arasında keçirilmiş görüşdə foruma hazırlıq işlərinə dair müzakirələr aparılıb.

Qeyd olunub ki, bu ilin iyul ayında KOBİA və İBF arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq, foruma hazırlıq işləri davam etdirilir. Tədbir çərçivəsində Azərbaycanın əlverişli biznes və investisiya mühitinin xarici investorlara tanıdılması, iş adamları arasında birbaşa biznes əlaqələrin qurulması, Qarabağın investisiya imkanları barədə təqdimatın keçirilməsi də nəzərdə tutulur.  Forum post-COVID dövründə də ticarət və iqtisadi tərəfdaşlığın canlandırılması, yeni təşəbbüslərin reallaşdırılması baxımından iştirakçı ölkələr üçün faydalı olacaq.

MÜSİAD nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə KOBİA və MÜSİAD arasında yeni əməkdaşlıq istiqamətlərinə dair də fikir mübadiləsi aparılıb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol