• $
  • €
  • ₽
  • ₺
  • £

Tərtərçay hövzəsində qum-çınqıl çıxaran karxanalar bağlanıb

Tərtərçay hövzəsində qum-çınqıl çıxaran karxanalar bağlanıb
06.10.2021 18:30
"Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında keçirilən nəzarət tədbirləri zamanı 12 qum-çınqıl karxanasının istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işlərinin aparıldığı faktları aşkar edilib”.


Anews.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Tərtərçay hövzəsində qum-çınqıl karxanalarının fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı danışarkən deyib.


Agentliyin sədri qeyd edib ki, sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulub, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb.


"Qeyd edilən pozuntularla bağlı "Yerin təki haqqında” və "Lisenziyalar və icazələr haqqında” qanunların müvafiq maddələrinə əsasən sözügedən karxanaların yerin təkindən istifadə hüququna Agentliyin İdarə Heyətinin qərarı ilə xitam verilib. Agentliyin qəbul etdiyi qərarların məqsədi çay hövzəsində bərpası mümkün olmayan mineral resursların səmərəli istifadəsinin təmin edilməsi, onların tükənməsinin qarşısının alınması, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasıdır”, - S.Qurbanov əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol