Uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi

"Bakcell” in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunacaq
Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında "Vətən sevgisinə rəng qat!” şüarı altında rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir.
Beləliklə, "Vətən sevgisinə rəng qat!” şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar 100 şəhidin övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək.
Aksiyada iştirak etmək istəyən uşaqlar sərbəst mövzu üzrə çəkilmiş rəsmlərini 01 noyabr 2021-ci il tarixinə qədər [email protected] ünvanına göndərməlidir.
Müsabiqədə iştirak qaydaları və aksiya barədə daha ətraflı məlumat https://gidconsulting.az/?p=101 səhifəsində yerləşdirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























