Elnur Əşrəfoğlunun vəziyyəti ağırdır

"Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır, kritik olaraq qalmaqdadır".
Bu barədə "Yeni Klinika”dan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Ötən müddətdə xəstənin ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər yoxdur:
"Bu səbəbdən də ECMO vasitəsilə dəstək davam etdirilir”.
Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika”ya köçürülüb. Vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Jurnalistin anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib