• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlik əlilliyə görə etiraz edənlərlə bağlı açıqlama yaydı

Agentlik əlilliyə görə etiraz edənlərlə bağlı açıqlama yaydı
06.10.2021 18:31
"Bu gün bəzi sosial media səhifələrinə müsahibə verən Zöhrablı Təbriz Atamoğlan oğlu və Miriyeva Dilarə Qəzənfər qızının müraciəti araşdırılıb”.

Anews.az  xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöb müdiri Tural Qurbanov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, Vətən Müharibəsinin iştirakçısı, Ağdam rayon sakini Təbriz Zöhrablıya özünün də bildirdiyi kimi, müharibə ilə əlaqədar II dərəcə əlillik təyin edilib:

"Ona ayda 480 manat olmaqla Prezident təqaüdü və sosial müavinət təyin edilib. Bundan başqa, müharibə əlili kimi xüsusi imtiyaz və güzəştlərdən yararlanmaq imkanları yaranıb. Məşğulluğunun təmin edilməsi, mövcud vakansiyalarla tanış olması üçün aidiyyəti qurumun filialına da dəvət edilib, lakin indiyədək o filiala gəlməyib.
Həmçinin, Təbrizə "Azərsığorta” tərəfindən sığorta ödənişi (2750 manat), "YAŞAT” Fondu tərəfindən maddi yardım (2633 manat) edilib. May ayında Fond onun banka olan borc öhdəliyini də qarşılayıb”.
Şöbə müdiri Dilarə Miriyeva ilə bağlı məsələyə də toxunub:
"Bakı şəhər sakini Dilarə Miriyevanın da müsahibəsində səsləndirdiyi fikirlər əsassızdır. Belə ki, aidiyyəti tibb müəssisəsinin qoyduğu diaqnoz və göndərişinə uyğun olaraq, ona əlillik təyinatından imtina verilib. Əlillik təyinatı qanunvericiliklə tənzimlənir və təsdiq edilmiş normalara uyğun gəlmədiyi halda əlillik təyin edilmir. Bütün bunlara baxmayaraq, vətəndaşın müraciəti nəzərə alınaraq, əyani müayinəyə dəvət edilib, həkim-ekspertlər tərəfindən baxış keçiriləcək.
Bütün bunlar Mərkəzin qarşısına gələn sosial şəbəkə səhifələrinin nümayəndələrinə rəsmi açıqlansa da, onlar qarşı tərəfin mövqeyini yaymayıblar. Bu da bir daha həmin səhifələrin birtərəfli və məqsədli məlumat yaymaqla izləyicilərini çaşdırmağa yönələn niyyətlərindən xəbər verir”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol