• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir şəhidimizin anım günü... - Fotolar

Daha bir şəhidimizin anım günü... - Fotolar
06.10.2021 19:56
Vətən Müharibəsində qəhərmanlıq dastanı yazan şəhid polkovnik-leytenant Orxan Əkbərovun anım günüdür.

"Qafqazinfo" xəbər verir ki, qəhrəmanın şəhidliyinin birinci ildönümündə onun doğulub boya-başa çatdığı ata ocağı ziyarət olunub

Biləsuvar rayonunda şəhidin yaşadığı evin qarşısında Xatirə kompleksinin açılışı olub, şəhidin məzarı ziyarət edilib.  Abidə kompleksinin önünə Müdafiə Nazirliyinin Fəxri qarovulu tərəfindən əklil qoyulub.

Orxan Nadir oğlu Əkbərov Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını dağıdıb. Kənd Horadiz istiqamətində meşədə 200-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərib. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 6 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandarliyi ilə Azərbaycan əsgəri tərəfindən məhv edib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərinin və şəhidinin döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə "biz (özü ilə birgə 8 silahdaş) müdafiədəyik, siz onları döyüş meydandanından çıxarın” əmrini verib.

Qeyd edək ki,  ailədə 4 qardaş olan  Orxan Əkbərov 1982-ci ilin 12 dekabırında ziyalı ailəsində anadan olub. Özündən kiçik qardaşı mayor Ənvər Əkbərov Vətən Muharibəsi iştirakçısıdır.
Orxan Əkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbini bitirib. 2005-ci ildə Təlim Tədris Mərkəzində  hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki "N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanıb.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərrov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti  komandirlik tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülüb.  Beyləqan və Ağdam rayonlarında "N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı  peşəkar zabit kimi onu şöhrətləndirib.
2019-cu ildən cəbhə bölgəsində "N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak edib.

Vətən muharibəsindəki şücaətlərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

38 yaşlı qəhrəmanımız ailəli olub, Çingiz və Sevil adlı iki övladı var. 
 
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol