• $
  • €
  • ₽
  • ₺
  • £

Bank kartı sahiblərinin nəzərinə

Bank kartı sahiblərinin nəzərinə
06.10.2021 23:34
Son zamanlar xarici ölkələrdən yerli vətəndaşlara zənglər edilir. Zəng edən şəxslər bildirir ki, bank hesablarındakı vəsaitlər təhlükə altındadır.

Bu barədə Trend-ə İKT üzrə ekspert Fərid Pərdəşünas məlumat verib.

O bildirib ki, bu hücum növlərinin əsas hədəf kütləsi adına bank kartı olan insanlardır: "Vətəndaşlardan tələb olunur ki, mümkündürsə, bank kartlarının məlumatlarını desinlər. Bank kartının üzərində olan 16 rəqəmli kod, kartın arxasındakı CVV kodu, kartın bitmə tarixini əldə edirlər. Vətəndaşlar düşünürlər ki, onların kartları həqiqətən təhlükədədir. Zəng gələn nömrələr çox inandırıcı olur. Bank nömrələrindən belə zəng edə bilərlər. Son hücumlara nəzər salsaq, görərik ki, bunlar xarici nömrələrdir. Bəzən rus dilində də müştəri ilə danışırlar. Vətəndaşlar belə anda təşvişə düşməməlidir. Çox təəssüf ki, onların bank hesablarının məlumatları qarşı tərəfə keçən zaman bankda olan vəsaitlər xarici banka köçürülür. Belə olduqda dövlət orqanları, bank həmin vəsaiti almaqda çətinlik çəkir. Çünki cinayətkarlar artıq vəsaiti əldə eləmiş və nağdlaşdırmış olurlar. Belə kiber hücumların qurbanı olmamaq üçün vətəndaşlar diqqətli olmalıdır. Kart sahibləri qarşı tərəfin kimliyindən aslı olmayaraq, hətta bank əməkdaşı özü belə zəng eləsə, kartın məlumatlarını təqdim etməməlidir. Bir nüansa diqqət etmək lazımdır. Banklar, dövlət qurumları, özəl təşkilatlar öz müştəriləriylə əlaqə yaradarkən heç vaxt telefon vasitəsiylə onlardan şəxsi məlumatları soruşmurlar. Əgər bank hesabı təhlükə altındadırsa, bu zaman bank texniki olaraq özü müdaxilə edir. Lazım olarsa, müştərini banka dəvət edib, problemi orada aydınlaşdırır."

"Belə fırıldaqçılığa bank mühəndisliyi deyilir. İnsanlarda saxta sevinc, saxta qorxu hisləri yaradılır. Buna misal olaraq, "siz 50 000 min manat lotereyada pul qazanmısız. Zəhmət olmasa, kart məlumatlarınızı verin, pul vəsaitini kartınıza köçürək. Saxta qorxu hissinə misal olaraq, sizin bank hesabınız bloklanıb, hesabınızdan pul çəkilib" kimi bəhanələrlə sizə yazıb məlumatlarınızı əldə edə bilərlər" - deyə, ekspert əlavə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol