Avropadan Azərbaycana qaytarılan mühacirlərin sayı AÇIQLANDI

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş əsasında 2021-ci ilin 9 ayı ərzində 333 şəxsin readmissiyası (geri qaytarılması) həyata keçirilib.
"Azərbaycan Respublikasının digər ölkələrlə imzaladığı readmissiya sazişlərinin adından da göründüyü kimi (icazəsiz yaşayan şəxslərin readmissiyası) yalnız həmin dövlətlərin ərazisinə qeyri-qanuni daxil olan, qalan və ya yaşamağı aşkarlanan şəxslərin readmissiyası həyata keçirilir. Readmissiya edilən Azərbaycan Respublikası vətəndaşlarının hamısı Azərbaycan Respublikasına gətirilib. Readmissiyalar əsasən Almaniya Federativ Respublikası və İsveç Krallığından olub", - deyə bildirilib.
www.anews.az
Bunu anews.az-ın e-mail sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər.
Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, readmissiya edilən şəxslərin qarşılanması zamanı onların ehtiyaclarının öyrənilməsi məqsədilə aparılan ilkin danışıqlarda əldə olunan məlumatlar Reinteqrasiya üzrə işçi qrupuna ötürülür və daha sonra onlar barəsində aidiyyəti qurumlar tərəfindən ehtiyacların qarşılanması istiqamətində müvafiq tədbirlər görülür.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























