• $
  • €
  • ₽
  • ₺
  • £

Evli qadınla “isti yuva qurmaq” istəyən “aşiq” pulları götürüb qaçdı - Video

Evli qadınla “isti yuva qurmaq” istəyən “aşiq” pulları götürüb qaçdı - Video
07.10.2021 23:11
Sumqayıtda qeyri-adi hadisə baş verib.

Anews.az  İTV-yə istinadən xəbər verir ki, evli qadın sevgilisi ilə evlənmək və birgə yaşamaları üçün ev alması üçün ona 16 min manata yaxın pul verib.

Daha sonra evdən oğurluq edilməsi səhnəsi yaradıb və polisə şikayət edib. Qadından pulu alan "Məcnun” yoxa çıxıb.

Evli qadınla Nəsimi rayon sakini Elnur Alıyev arasında sevgi münasibətləri bir müddət əvvəl başlayıb. E.Alıyev ailəli olan sevgilisinə onunla evlənəcəyini vəd edib və birlikdə yaşamaları üçün mənzil lazım olduğunu bildirib.

Məşuquna inanan qadın ona əvvəlcə 12 min 500 manat, sonra isə 3 min 500 manat dəyərində qızıl verib. 16 min manata yaxın pulun yoxa çıxmasından evdəkilərin şübhələnməməsi üçün cütlük plan hazırlayıb.
Təklifi Elnur Alıyev verib. O, sevgilisinə pul və qızılların oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməli olduğunu deyib.

E.Alıyev verdiyi məsləhətdən sonra yoxa çıxıb. Qadın evi dağınıq vəziyyətə gətirərək, guya evdən oğurluq edilməsi səhnəsi yaradıb. Bundan sonra qadının ailəsi oğurluq barədə polisə məlumat verib.
Hadisə yerinə gələn polis əməkdaşları müayinələr aparıb, əl, barmaq izləri götürüb, zərərçəkən və şahid ifadələri alınıb. Evin xanımının çaşqın ifadələri müstəntiqin diqqətini çəkib. Verilən suallara cavab tapa bilməyən qadın pul və qızıllarını Elnur Alıyevə verdiyini etiraf edib, dələduzluğa məruz qaldığını deyib.

Qadını "isti yuva qurmaq” adı ilə aldadıb, pullarını alaraq yoxa çıxan E.Alıyev saxlanılıb. O, ifadəsində bildirib ki, sevgilisinin evli olmasından xəbərsiz olub.

Faktla bağlı araşdırmalara başlanılıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol