Bakıda 30 kq narkotiklə tutulan şəxsdən XƏBƏR VAR

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin və psixotrop maddələrin satışında ittiham olunan 1982-ci il təvəllüdlü Elməddin Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Elməddin Əzizov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 11,930 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Elməddin Əzizovun Xətai rayonunda kirayədə qaldığı evə baxış zamanı əlavə 24 kiloqram 885 qram heroin, 1 kiloqram 870 qram tiryək, 3 kiloqram 275 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























