• $
  • €
  • ₽
  • ₺
  • £

Məscidlərimizdə Türkiyədə ölənlərin ruhuna dualar oxunacaq

Məscidlərimizdə Türkiyədə ölənlərin ruhuna dualar oxunacaq
15.05.2014 14:45
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Manisa vilayətindəki kömür mədənində baş vermiş faciə ilə əlaqədar prezident Abdulla Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və diyanət işləri başqanı Mehmet Görməzə başsağlığı məktubları ünvanlayıb. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktublarda dost və qardaş Türkiyə xalqının üzləşdiyi ağır faciə - Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbərinin şeyxülislamı hədsiz kədərləndirdiyi bildirilir. A. Paşazadə məktubunda Azərbaycan və Qafqaz müsəlmanları adından hər üç şəxsə, onların simasında Türkiyə dövlətinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir: “Kədərinizə şərik oluram. Allah rəhmət eləsin! Azərbaycan dindarları türkiyəli qardaşlarımız üçün dualar edir, həlak olanların ruhlarına rəhmət, yaralılara şəfa diləyirlər. Qoy Uca Rəbbimiz bu ağır faciənin acısını yaşayanlara yardımçı olsun, öz böyük mərhəmət və şəfqəti sayəsində mərhumlara rəhmət, onların ailələrinə və yaxınlarına səbr, təmkin əta etsin. Amin!” QMİ mətbuat xidmətindən onu da bildiriblər ki, sabah – Cümə günü Azərbaycanın bütün məscidlərində Cümə xütbələri Türkiyədə baş vermiş faciəni də əhatə edəcək, faciə qurbanlarının ruhuna dualar oxunacaq.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol