• $
  • €
  • ₽
  • ₺
  • £

Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist AÇIQLADI

Son günlər koronavirusa yoluxmaların artma səbəbi nədir? - Baş infeksionist AÇIQLADI
08.10.2021 21:00
Ötən iki gün ərzində koronavirusa yoluxmaların sayında artım müşahidə olunmaqdadır. Son iki gündə yoluxmalar min rəqəminin üzərindədir.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, virusun artacağı ilə bağlı narahatlıqlar əvvəlcədən var idi:
 
"Bundan əvvəl bildirmişdik ki, virusun yayılmasının artması üçün şərait var. Yəni bizim bununla bağlı narahatlıqlarımız əsassız deyil. Səbəblər də bəllidir. Yumşalmalara gedilir, təmaslar artır, təhsil bərpa olunub. Gələn həftə "məhərrəmlik"dən sonra toylar da bərpa olunacaq. Bundan əlavə, havaların soyuması ilə insanların qapalı məkanlarda toplaşması halları artıb. Bütün bunlar virusun artmasına xidmət edir”.

T.Eyvazov əlavə edib ki, bunun qarşısını almaq üçün əsas amillərdən biri əhalinin vaksinasiya olunması və qaydalara düzgün riayət etməsidir.

Ötən gün Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 013 yeni yoluxma faktı qeydə alınıb, 1 244 nəfər müalicə olunaraq sağalıb. İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6 625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol