• $
  • €
  • ₽
  • ₺
  • £

İmtahan verməli olan 3151 nəfər şagirdin sənədi yoxdur

İmtahan verməli olan 3151 nəfər şagirdin sənədi yoxdur
15.05.2014 13:58
Hazırda Azərbaycanda iyun ayında keçiriləcək buraxılış imtahanlarına hazırlıq işləri aparılır. APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə hazırlanan siyahıya əsasən, IX və XI sinif üzrə buraxılış siniflərində 200 576 nəfər təhsil alır. Onun sözlərinə görə, indiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Şagird-Məzun” Elektron Məlumat Bazasında həmin şagirdlərdən “Şəxsiyyəti vəsiqəsi” olan 197 165 nəfəri barədə məlumatlar təsdiqlənib. Şagirdlərin 1,57%-nin, yəni 3151 nəfərinin isə sənədlərinin olmadığını deyən TQDK sədri qeyd edib ki, XI sinif şagirdlərindən 650 nəfərin sənəd yoxdur və bu da XI sinif üzrə buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin 1%-dən də azını təşkil edir: “İmtahanda 85 358 XI sinif şagird iştirak etməlidir. Onlardan 84 608-nin sənədləri artıq bazada təsdiqlənib. Amma təəssüflər olsun ki, IX siniflər üzrə sənədi olmayan şagirdlərlə bağlı rəqəm kifayət qədər yüksəkdir. Azərbaycanda keçiriləcək buraxılış imtahanında IX siniflər üzrə 115 255 nəfər iştirak etməli idisə, onlardan yalnız 112 561 nəfərin sənədləri təsdiq edilib. Bu, bütün IX sinif şagirdlərinin 97%-ni təşkil edir. İndiyədək təxminən 2500 nəfərin aqibəti məlum deyil və onların sənədləri yoxdur”. M.Abbaszadə qeyd edib ki, sənədləri olmayan şəxslər buraxılış imtahanına buraxılmayacaq. Sənədləri almaq üçün yerli orqanların bütün valideynlərə, uşaqlara kömək göstərdiyini deyən komissiya sədri vurğulayıb ki, məktəb direktorları da bu prosesdə iştirak edirlər: “Mən valideynlərə müraciət edirəm. Şəxsiyyət vəsiqələri dövlət tərəfindən verilən sənədlərdir və həmin sənədləri vaxtında əldə etmək lazımdır ki, uşaqlar imtahanda iştirak etsin. Şagirdlər sənədlərini miqrasiya orqanları və ya şəxsiyyət vəsiqəsi almaq üçün polis orqanlarına təqdim ediblərsə və onlarda sənədlərin təhvil verilməsi haqqında sənəd varsa, onda biz onu qeydiyyata götürəcəyik. Amma sənədlərini toplayıb həmin qurumlara müraciət etməyənləri imtahana buraxmayacağıq. TQDK hansısa üzrlü səbəblərlə əlaqədar sənəd ala bilməyənlərə kömək etmək üçün yerlərə müraciət edib. Amma həmin şagirdlərin valideynləri və ya himayəçiləri sənəd almaq üçün müraciət etməlidirlər”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol