Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini işdən çıxarıldı

Daxili işlər orqanlarında daha bir kadr dəyişikliyi həyata keçirilib.APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, polis polkovniki Adil Həsənovun tutduğu vəzifədən azad edilməsi barədə əmr imzalayıb. Nazirin digər əmri ilə o, Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Xatırladaq ki, Astara rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rəşid Səfərov aprel ayında tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyində işlə təmin olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























