• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçini azad etməsini alqışladı

ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçini azad etməsini alqışladı
08.10.2021 22:41
Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri - ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev bəyanat yayıblar.

Anews.az  məlumatına görə, bəyanatda bildirilib ki, oktyabrın 7 və 8-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparılıb.

Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Bildirilib ki, BMT Baş Assambleyasının iclasları çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü konstruktiv keçib.

Bundan başqa, həmsədrlər Azərbaycanın bir erməni hərbçini azad etməsini alqışlayıblar, eləcə də, mümkün deeskalasiya və humanitar tədbirləri müzakirə ediblər.

Qeyd olunub ki, köçkünlərin könüllü olaraq geri qaytarılması da gündəmdə olub.

Həmsədrlər tərəflərlə işləmək niyyətlərini vurğulayıblar.

Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Baş naziri Nikol Paşinyanın həmsədrlərin itirakı ilə görüşə hazır olduqlarını bildirdikləri açıq bəyanatlarını müsbət qiymətləndiriblər.

O da vurğulanıb ki, həmsədrlər tərəflərin belə bir görüşün detallarını əlaqələndirməyi səbirsizliklə gözləyirlər və prosesin növbəti addımlarını müzakirə etmək üçün yaxın gələcəkdə bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol