• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlu azyaşlı qıza əxlaqsız mesaj yazan direktor işdən qovuldu

Oğlu azyaşlı qıza əxlaqsız mesaj yazan direktor işdən qovuldu
15.05.2014 13:20
Azərbaycanda son günlər vəzifəlilərin övladları valideynlərinin qəniminə çevrilib. Yüksək vəzifəli məmur balalarının etdiyi əməllər sonda atalarının başında çatlayıb. 
Belə hallardan biri də təhsil sistemində baş verib. Məktəb direktoru azyaşlı məktəbliyə qarşı əxlaqsızlıq edən oğlunun güdazına gedib. “Qafqazinfo” xəbər verir ki, Ucar rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov Milli.Az-a açıqlamasında 3 saylı Bağman kənd məktəbinin direktoru Binyət Binyətovun oğlunun əməllərinə görə işdən çıxarıldığını bildirib. Onun sözlərinə görə, direktorun 23 yaşlı oğlu Daşqın elə həmin məktəbin 13 yaşlı şagirdi ilə əxlaqsız hərəkətlər etdiyinə görə həbs edilib, atası isə təhsil sistemindən uzaqlaşdırılıb.
Əxlaqsız hadisə ilə bağlı dünən ətraflı məlumat vermişdik. Ucar rayon Bağman kənd orta məktəbinin direktoru Binyət Binyətovun 23 yaşlı oğlu Daşqın 7-ci sinif şagirdi A.Z.-ni yoldan çıxararaq əxlaqsızlığa vadar edib. Direktor oğlu məktəblinin uşaqlığından istifadə edərək onu sms vasitəsilə yoldan çıxarıb. Sonra isə qızı sms vasitəsilə yaşadığı evin hasarının yanına çağırıb. Orada qızla əxlaqsız hərəkətlər edib. Sonradan bu münasibət mütəmadi hal alıb. Onların bir-birinə yazdıqları əxlaqsız smslər də ortaya çıxıb.
Bu məsələnin üstünü qızın valideynləri açıblar. Onlar polisə şikayət edərək övladlarının bakirəliyinin pozulduğunu iddia etsələr də, ekspertizada bu təsdiqini tapmayıb. Lakin D.Binyətov yetkinlik yaşına çatmayan qızla etdiyi əmələ görə Cinayət Məcəlləsinin əxlaqsız hərəkətlər (153-cü) maddəsi ilə təqsirli bilinərək həbs edilib. Hazırda cinayət işi baxılması üçün rayon məhkəməsindədir. 
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol