FHN-in Modul Tipli Hospitalının baş həkiminin məhkəməsi başladı

FHN-in Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və müəssisənin vəzifəli şəxsləri - Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
İttihama görə, İmran Ağayev hospitala gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib. Amma özünün direktoru olduğu "Medi Style” MMC-dən göndərilən xəstələrin pul qarşılığında qəbulunu tezləşdirib.
İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən cəmi 51 min manatdan çox pul alıb. Həmin məbləğin 7500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























