• $
  • €
  • ₽
  • ₺
  • £

İsmayıllıda iki yeni təyinat

İsmayıllıda  iki yeni  təyinat
09.10.2021 12:20
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun sərəncamına əsasən, Faxtiyev İsmayıl Əliyar oğlu RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.


İsmayıl Faxtiyev 13 may 1997-ci il tarixində İsmayıllı şəhərində anadan olub. 2014-2018-ci il tarixlərində Sumqayıt Dövlət Universitetinin tarix müəllimliyi ixtisasını fərqlənmə ilə bitirib. 2018-2019-cu illərdə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində hərbi xidmətdə olub. Hərbi Xidməti başa vurduqdan sonra Gənclərin İnkişaf və Karyera Mərkəzi MMC-nin İsmayıllı Nümayəndəliyində Tədbirlər və layihələr üzrə mütəxəssis və direktor vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.


Nahid Bağırovun digər sərəncamı ilə Rəhimova Səadət Hüseyinağa qızı İcra Hakimiyyəti başçısının köməkçisi vəzifəsinə təyin edilib.


Səadət Rəhimova 01 iyun 1990-cı ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin filologiya-xarici dil (fransız dili müəllimi) ixtisasını bitirib. Grenoble Alpes Universitetində Passerelle Solidarite Objektif B2 səviyyəsi üzrə təhsil alıb. Daha öncə "Kanal S” MMC Regional Televiziya Şirkətində İsmayıllı üzrə bölgə müxbiri, İsmayıllı Rayon Mədəniyyət Mərkəzində bədii rəhbər və mədəni təşkilatçı, "İsmayıllı Resort and Hotel” MMC-də qeydiyyatçı, "Gənclərin İnkişaf və Karyera Mərkəzi” MMC-nin İsmayıllı Nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələrində çalışıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol