Vətəndaşlara COVID pasportu satan tibb işçiləri yaxalandı

Göyçay Rayonunda vətəndaşlara saxta COVID-19 pasportları verən tibb işçiləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun yaydığı məlumata görə, Göyçay Polis idarəsinə daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qanunsuz fəaliyyətlə məşğul olmada şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri, şəhər sakini Humay Eyvazova, İ.Məmmədova və Lalə Vəliyeva saxlanılıblar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























