Elnur Əşrəfoğludan XƏBƏR VAR

Tanınmış jurnalist Elnur Əşrəfoğlu üçün lazım olan qan tapılıb.
Bu barədə "Yeni Klinika”dan bildirilib.
Rəsmi məlumata görə, xəstənin hemoqlablinin normal dəyərə gətirilməsi üçün qan plazma trombasit transfuziyaları edilib:
"Hazırda Elnur Əşrəfoğlunun koronavirusa bağlı qanaması dayanıb. Eyni zamanda, ehtiyac yaranarsa, rezerv qan var", - deyə xəstəxanadan məlumat verilib.
Xəstəxana həmçinin, jurnalistə ECMO dəstəyinin davam etdirildiyini açıqlayıb:
"Ümumi vəziyyəti ağır, stabil olaraq qalır".
Bir neçə gün əvvəl jurnalistə təcili qan lazım olduğuna dair elan verilmişdi. Xəstəxana bunun ECMO dəstəyində olan kritik koronavirus xəstələrində qanamağa meyilliliklə bağlı olduğunu açıqlamışdı.
Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika”ya köçürülüb. Ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlanan jurnalistin vəziyyəti ağır olduğundan ECMO aparatına qoşulub. Onun anası Zöhrə Hüseynova oğlunun səhhətilə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edib.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib