Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Anews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























