Gənc jurnalistin dəfn olunacağı yer AÇIQLANDI - YENİLƏNİB

Türkiyədə koronavirusdan dünyasını dəyişən Nurlan Salamovun dəfni bu gün saat 11:00-da Masazırda Qədir-Xum məscid qəbirstanlığında olacaq.
Bu barədə anews.az-a jurnalistin yaxınları məlumat verib.
Nurlan Salamovun cənazəsi dünən axşam saatlarında Azərbaycana gətirilib.
******
Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.
Bu barədə mərhumun yaxınları məlumat veriblər.
Koronavirusa yoluxan 25 yaşlı N.Ağa İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib.
Onun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək. Artıq yaxınları bunun üçün Türkiyəyə gediblər.
O, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























