• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 101 qadın ANA olarkən ölüb

Azərbaycanda 101 qadın ANA olarkən ölüb
11.10.2021 14:15
Son 5 ildə Azərbaycan Respublikasının iqtisadi və inzibati şəhər-rayonları üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov Modern.az-ın sorğusuna cavab olaraq hesabat dövründə 101 ana ölümü qeydə alındığını bildirib.

Onun sözlərinə görə, illər üzrə ana ölümlərinin sayında artım yoxdur:

"Belə ki, 2016-cı ildə 22, 2017-ci ildə 21, 2018-ci ildə 17, 2019-cu ildə 21, 2020-ci ildə 20 ana ölümü qeydə alınıb”.

DSK rəsmisinin verdiyi məlumata görə, ana ölümlərinin əksəriyyəti bölgələrdə baş verib:

"Son 5 ildə baş verən ana ölümlərindən 20-si paytaxtda olub. 2016-cı ildə 3, 2017-ci ildə 3, 2018-ci ildə 4, 2019-cu ildə 8, 2020-ci ildə 2 ana ölümü Bakıda qeydə alınıb”.

Bu illər ərzində yalnız 2019-cu ildə Naxçıvan Muxtar Respublikasında 1 ana ölümü baş verib. 5 ildə Abşeronda 5, Şirvanda 3, Gəncə-Daşkəsəndə 10, Qarabağda 8, Tovuz-Qazaxda 9, Quba-Xaçmazda 5, Lənkəran-Astarada 15, Mərkəzi Aranda 3, Mil-Muğanda 6, Şəki-Zaqatalada 7, Şərqi Zəngəzurda 1, Şirvan-Salyanda 8 ana ölümü baş verib”.

Əvvəlki illərdə ana ölümlərinin sayı daha çox olub. Məsələn, 2007-ci ildə 54, 2008-ci ildə 40, 2009-cu ildə 37 nəfər doğuş zamanı və zahılıq dövründə dünyasını dəyişib.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol