• $
  • €
  • ₽
  • ₺
  • £

Şuşada həyat belə davam edir-VİDEOREPORTAJ

Şuşada həyat belə davam edir-VİDEOREPORTAJ
11.10.2021 19:37
Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatları və xarici media təmsilçiləri  Azərbaycan əsgərinin bir il bundan qabaq açdığı marşrut əsasında çəkilmiş Zəfər yolu ilə Şuşaya gəliblər. Dumanlı hava şəraitində aşırımlarla dolu olan yolu  6 saata qət etmək mümkün oldu. 

Şuşada ilk dayanacağımız Xarı Bülbül oteli oldu. Bu oteldə 50 otaq var və hazırda qonaqların istifadəsinə verilən tək oteldir.  
Ondan daha böyük olan digər Qarabağ hotelinin rəsmi açılışı keçirilsə də,  hələlik istismara verilməyib. 

Şuşanın qədim tarixi abidəsi olan Şuşa qalasında 8 usta  təmir-bərpa işləri aparılır. Ustalar həm də Şuşa qalasının yaxınlığındakı dağılmış tarixi abidələri və binaları da bərpa edəcək. Şuşa qalası və qala divarları Konqo şirkətinin dəstəyi ilə ərsəyə gələcək. 

Şuşada istilik sistemi olsa da , qaz xətti hələlik çəkilməyib. İnternet yoxdur. Yalnız Azercell mobil operatorunun antenası quraşdırlılb. Qala çörəyi adlanan çörək sexi var. Burada iki növ çörək bişirilir. (formasını yazmağa ehtiyac yoxdur çünki nu videoda yəqin göstərəcəksən, red ) Kərpic çörəyin qyməti 50,  yumru çörəyin qiyməti isə 20 qəpikdir. Çörəyin hazırlanmasında xalis Qarabağ unundan istifadə olunur.  Beyləqan sakini olan şörək sexinin əməkdaşı deyir ki, 15 gündən bir növbəli şəkildə Şuşada işləyir. Şuşada işləməyə öz istəyi ilə gəlib. Çörəkçilərin əmək haqqı  450-500 manat  təşkil eləyir. Arada onlara mükafat da verirlər. (əgər  sinxron varsa yaxşı olar bunu adam özü desin , daha səsləndirmə , red) 

Şuşada 3 supermarketlər şəbəkəsinin mağazaları fəaliyyət göstərir. (adlarını səsləndirmə video ilə göstər, - red) Bolmart, Araz market və Bravo.


Şuşadakı binaların divarlarında Azərbaycan əsgərləri tərəfindən yazılmış yazılar da gözə dəyir. Kimi öz adını, kimi sevgilisinin adının baş hərfini, kimi doğulduğu rayonun adını qrafiti qələmi ilə yazaraq özlərini bir növ əbədiləşdiriblər. 

Yuxarı Gövhər ağa məscidi fəaliyyətdədir. Onun yaxınlığında yerləşən və döyüş günlərində xəsarət alan Qazançı kilsəsində restavrasiya işləri  gedir. Kilsədəki otaqlardan birində İsa Məsihin kiçik heykəli və çoxlu mələk fiqurları restavrasiya müddədində qırağa qoyulub. Vaxtilə, insan nəfəsi, şamlarla isinən həmin otaq indi soyuq, cansız, boz görünür. Amma rəsmilər deyir ki, bərpa işləri bitəndən sonra kilsə əvvəlki kimi fəaliyyət göstərəcək.
Vaxtilə uşaq bağçası olmuş binanın pəncərəsindən uşaq paltarı sallansa da buradan uşaq səsi gəlmir. 

Məşhur Azərbaycan tenoru Bülbülün ev muzeyi artıq bərpa edilib.  Muzeyin girişində qoca çinar və Bülbülün iki büstü görünür.  Büstlərdən  birinin alın hissəsində  ermənilər atdığı  güllə izləri qalmaqdadır. 

Şuşanın baxılan yerlərindn biri də Karvansaray qalareyasıdır.  Burada işğaldan azad olunmuş Azərbaycan rayonlarının işğaldan əvvəlki görüntüləri yer alıb. 

Şuşada həmçinin "Qoç ət" restoranı fəaliyyət göstərir.  Daimi qonaqları  hələlik isə Şuşadakı hərbçilər və polislərdir.   Amma restoranın işçiləri  bu restoranın yerli sakinlərlə dolacağı günü səbirsizliklə gözləyirlər.

Sonda Şuşaya gələn diplomatlar eyni Zəfər yolu ilə Bakıya döndülər.
 
Hazırladı: Samirə Əli
Bakı-Şuşa-Bakı


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol