Naxçıvanda qanunsuz yaşayan əcnəbilər aşkarlanıb

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 31 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.
Eyni zamanda olduğu yer üzrə qeydiyyatla bağlı 465 müraciət qeydə alınaraq icrası təmin olunub, müraciətlərdən 170-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
www.anews.az
Bu barədə anews.az muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 863 müraciət daxil olub. Həmin müraciətlərdən 398-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























