• $
  • €
  • ₽
  • ₺
  • £

“Xalam oğlu mənə təcavüz edib” - Fuad Qəhrəmanlının qızından açıqlama

“Xalam oğlu mənə təcavüz edib” -  Fuad Qəhrəmanlının qızından açıqlama
12.10.2021 17:49
Tanınmış siyasətçi, Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sabiq sədr müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını, bununla bağlı hüquq mühafizə orqanlarna müraciət etdiyini , amma cinayətkarın hələ də cəzalandırılmadığını iddia edib. Bu barədə o, sosial şəbəkə hesabında bildirib.

"Bu yazı çox güman ki, kifayət qədər uzun olacaq. Açığı necə başlayıb necə bitirəcəyim haqqında heç bir təsəvvürüm olmadığından hər şeyi toparlayıb sakit bir şəkildə ifadə etmək mənim üçün çətindir.

Yazını yazma səbəbim bundan bir il əvvəl öz xalam oğlu (Əsgər Ağayev) tərəfindən cinsi zorakılığa məruz qalmam və bu cinayət ilə bağlı ədalət tələb etmək istəyimdir.

Yəqin ki, yuxarıdakı abzası oxuduqdan sonra bir çoxlarınız niyə ədaləti post yazaraq tələb etdiyimi düşünür, məni qınayır və bu hərəkətin absurd olduğunu düşünürsünüz.

Hadisənin detallarını danışmazdan öncə elə sırf bu nöqtəyə diqqət çəkmək və aydınlıq gətirmək istəyirəm ki, mən bu günə kimi digər əl ata biləcəyim bütün legal yolları sınamışam.

Hadisədən iki gün sonra polisə şikayət etmişəm və cinayət işinin istintaq prosesi ərzində sübutların toplanılması üçün bütün lazımi addımları atmışam.

Qeyd etmək istəyirəm ki, bu yaşadığım zorakılığın yalnız öz başıma gəlmədiyini, minlərlə qanının müxtəlif formalarda cinsi zorakılıq ilə üzləşdiyi, bəzən intensiv olaraq bir şəxs(lər) tərəfindən buna məruz qaldığını, həmin qadınların susdurulduğunu, aşağlandığını, tədcrid olunduğunu, ədalət axtararkən belə yanlız və çarəsiz buraxıldığını bildiyim üçün yaşadığım hadisənin individual olduğunu düşünmürəm. Ona görə də ictimai formada üzləşdiyim ədalətsizlik ilə bağlı danışmaq və ortaya tələb qoymaq həm də digər qadınların səsi olmaq, onları hərəkətə keçməyə sövq etmək, içlərini az da olsa rahatlatmaq adına məniь üçün çox vacibdir", - deyə statusda yazılıb.

Daha sonra hadisənin baş vermə prosesi izah edilib.

"2020-ci il 24 avqust tarixində vəkilim  Zibeydə Sadıqova ilə görüşdüyüm üçün evə bir qədər gec qэldım. Anam ilə danışanda mənə evə gəlmək əvəzinə xalam, Sürəyya Ağayevanın evinə getməyimi xahiş etdi. Bunun səbəbi onların şəhərin mərkəzində yaşaması və olduğum yerin onların evinə çox yaxın olması idi.

Başda getmək istəməsəm də nəhayət ana ilə razılaşdım və xalamgilə getdim. Elə vəkilim və həyat yoldaşı məni öz maşınları ilə xalamgilin evlərinin yaxınlığına (Daxili İşlər Nazirliyinin yanına) qədər apardı.

Xalamgil həftənin bəzi günləri Bakıda, bəzi günləri isə Beyləqanda olur. Xalam oğlu isə demək olar ki, daim Bakıda yaşayır.

Mən evə getdikdə yalnız xalam oğlu evdə idi.

Saat təqribən 10-11 radələrində Əsgər Ağayev mənə marketə getmək istədiyini deyib evdən çıxdı və qayıtdıqda özünə alkoqollu mənə isə alkoqolsuz pivə almışdı. Mənə alkoqolsuz olanı içməyi təklif etdi və mən də bu zaman onun ikinci kompüteri ondan istəyib "zoom" programı yükləməyə başladım. (çünki səhəri gün online qaydada konfransa qoşulmalı idim və yanımda öz kompüterim yox idi)

O isə digər kompüterdə program yazmaq ilə məşğul idi.

Bir necə saat sonra yenə marketə getmək adı ilə evdən çıxdı və yenə içki ilə qayıtdı. Bu səfər mənə də alkoqollu piyvə içməyi təklif etdi. Mən stəkana töküb müəyyən qədər içdim.

Təqribən bir saat sonra mənə bibisi oğlunun sevgilisi ilə onlara gələcəyini dedi. Mən heç birini tanımadığım üçün yuxarı (evləri bir necə mərtəbəlidir) qalxacağımı, işlərimi bitirdikdən sonra elə orada yatacağımı dedim.

Təqribən saat 2-də ondan telefonumu format etməsini xahiş etdim (Həmin ərəfədə Instagram hesabım ələ keçirilmiş, adımdan seksual xarakterli postlar paylaşılan səhifələrə rəylər yazılmışdı. Telefonum də kifayət qədər pis işlədiyi üçün təhlükəsiz tədbirlərini (lazımı programları endirmək) düzgün yerinə yetirə bilmirdim və telefonumu format etmək məntiqli gəlirdi).

Təqribən saat 3-də artıq mən telefonumu format etmiş, yenidən lazım olan programları yükləyir, hesablarıma giriş etməyə çalışırdım.

Elə bu zaman mənə bibisi oğlunun gəldiyini dedi (qapı döyülmədi. Əlində telefonu var idi)

Mən isə xüsusi heç nə soruşmadan yuxarı qalxdım. Evdən çıxdığını və bir necə dəqiqə sonra yenidən evə qayıtdığını eşitdim. Evə qayıdanda aşağı (yəni mətbəxə) getmişdi. Bir necə dəqiqə sonra məni də mətbəxə çağırıb, heç kimin gəlmədiyini dedi.

Mən aşağı düşdükdə həqiqətən heç kimin olmadığını gördüm və sadəcə mənə niyə kiminsə gələcəyini dediyini soruşdum.
O isə bir-iki dəqiqə görüşdüklərini, daha sonra isə bibisi oğlunun evə girmədən qayıtdığını dedi.

Başqa heç nə soruşmaq ehtiyacı hiss etmədim çünki həmin şəxs ilə elə bir səmimiyyətim yox idi. Açığı onda mənə şübhəli və mənasız da gəlmirdi. Lakin, bibisi oğlunun narkotikdən həbs yatdığını, istifadəçi və satıcısı olduğunu sonradan öyrəndim və zənnimcə həmin gün Əsgər Ağayevin içkimə qatdığı narkotik vasitə və ya bu xarakterli dərmanı həmin şəxs vasitəsilə əldə edib.

Mən aşağı düşdükdən bir az sonra mənə başqa bir stəkanda içki uzatdı, "bunun dadına bax. Mənim xoşuma gəlmədi bu. Səncə necədi?" kimi bir cümlə qurub içməyi təklif etdi.

Sadəcə bir iki qurtum alıb tamına baxdım və ondan sonra tamamilə boşluqdur. Yalnız qırıq-qırıq, aydın olmayan bəzi epizodlar xatırlayıram (hansı ki, onları xatırlamaq da qətiyyən xoş deyil).

Səhər telefonumun zəng çaldığını eşitdim amma təqribən 10-15 dəqiqə ərzində nə hərəkət edə bilirdim, nə də ki harada olduğumu anlaya.

Bir müddət sonra özümə gəldim və başımı çevirdikdə yanımda Əsgər Ağayevi gördüm. O gün ilə bağlı xatırladığım ən net şey ağrı və qandır.

Paltarlarımı geyinib aşağı düşdüm. Davamlı qışqır,ır onu təhqir edirdim . (İfadəsində səhər ona dediklərimi qonşuların eşitmə ehtiyatını nəzərə alaraq "yuxusunda qorxunc nəsə görüb. Ona gör qışqırırdı" kimi axmaq bir yalan uydurub).

Telefonum mətbəxdə stolun üzərində idi. Əlimi götürmək üçün uzatdım amma o məndən öncə davranıb, telefonu götürüb cibinə qoydu. Bir saat ərzində o evdə həmin iyrənc insan ilə bir yerdə qalamaq məcburiyyətində qaldım. Çünki telefonumu vermir, çıxmaq istəyəndə qarşıma keçirdi.

Həmin müddət ərzində hər şeyi öz ağzından öyrənməyə nail oldum. Davamlı mənə heç nə olmadığını, mənim qusduğumu, paltarlarımı mənə kömək etmək üçün çıxardığını deyirdi.

(Orada geyindiyim ev paltarları divanın üzərində və təmiz idi)

Onda hər şeyi xatırlamırdım (necə ki, indi xatırlamıram). Açığı həmin anda xatırladığım qırıq-qırıq epizodlardan da əmin deyildim çünki insan özünü inandırmağa çalışır ki, yaşadığı şey həqiqət deyil, heç olmayıb.

Sadəcə gerçəyi bilmək üçün ona yalandan hər şeyi xatırladığımı deyib, sıxışdırdım. Nəhayət mənə özü hər şeyi danışdı (onda da yalan dediyi nöqtələr var idi). Verdiyi tək açıqlama isə "mən düşündüm ki, yəqin sən də istəyərsən" oldu.

Təqribən bir saat sonra o evdən onu heç kimə heç nə danışmayacağıma inandırıb çıxdım (sadəcə oradan çıxa bilmək üçün yalan deyirdim. Əks təqdirdə bu mümkün olmayacaqdı). Mən qapıdan çıxanda belə axşam evə getməməyimi, heç kimə heç nə deməməyimi, yenidən bura gəlməyi tapşırırdı.

Yuxarıda yazdığım kimi hadisədən iki gün sonra şikayət etdim lakin hələ də həmin şəxs azad bir şəkildə heç nə olmamış kimi həyatına davam edir.

Yasamal Rayon Prokurorluğunda cinayət işinə iki dəfə "kifayət qədər sübut olmadığı" iddiası ilə xitam verdi. Halbuki cinayət işi materiallarında şəxsin cinayəti törətdiyini sübut edən ən az 3 tibbi ekspertiza rəyi var. (Hər biri bu yazıdan sonra paylaşılacaq).

Nəhayət iki gün əvvəl olan Apellyasiya Məhkəməsində iş araşdırılmağa geri göndərilib. Bu cinayəti törədən həmin şəxs Əsgər Ağayev, haqq etdiyi cəzanı almalı, ona dəstək olub cinayəti ört-basdır etməyə çalışan dövlət qurumları (başdan Yasamal Rayonu Prokurorluğu, Baş Prokurorluq olmaqla) məsuliyyətə cəlb edilməli, etdikləri qanunsuzluqlara görə,lazım olan reaksiyanı almalıdır.

Bu yazdıqlarımın heç biri xahiş və.s deyil. Azərbaycan kimi ədalətsiz bir sistemdə heç bir istək, arzu xahiş yox, ən yumşaq formada ifadə etdikdə tələb olmalıdır. O tələbi isə hansı formada ortaya qoyacağım Prokurorluğun verəcəyi açıqlamaya (və ya səssizliyinə) uyğun formalaşacaq", deyə SƏnay Qəhrəmanlı bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol