• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Avropada yoluxmanın sürətlə azaldığı iki ölkədən biridir”

“Azərbaycan Avropada yoluxmanın sürətlə azaldığı iki ölkədən biridir”
12.10.2021 19:47
"Sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib”.

Anews.az  xəbər verir ki, bunu jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı Avropa İttifaqı və ÜST-nin COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün Səhiyyə Nazirliyinə tibbi ləvazimatların təhvil verilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində deyib.

H.Harmancı bildirib ki, bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur:

"Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir. ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib.

Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.

O qeyd edib ki, immun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir:

"Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol