“Prokuror dedi ki, qızınıza yaxşı tərbiyə verəydiniz” - Zümrüd Yağmur

tanınmış siyasətçi Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlı (Yağmur) xalası oğlu Əsgər Ağayev tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.
"Qafqazinfo” xəbər verir ki, onun anası Zümrüd Yağmur sosial şəbəkə hesabında faktla bağlı detalları açıb.
O, cinayətkarın bugünədək cəzasız qalmasında prokurorluq orqanlarını günahlandırıb.
"Nədir məsələ? Bir il müddətində istintaq getdi. Cinayətin bütün faktları ekspertiza rəyləri ilə təsbit olunub. Həmin gecə Sənayın başına gələnlər sübut edilib.
Z.Yağmur qeyd edib ki, CM-nin 149-cu maddəsi (anlaqsız vəziyyətdə cinsi təcavüzə məruz qalma) ilə cinayət işi açılıb:
"Həmin gecə Sənaya narkotik içirilib. Cinayətkara bir taksi narkotik gətirib. O taksinin nə özü, nə sürücüsü hələ də tapılmayıb. İstintaq kənarda qalıb, Sənayın ətrafındakıları çağırıblar ki, onu içən, çəkən görmüsünüz?
Yasamal rayon prokuror Elman Süleymanov mənə deyir ki, qızınıza yaxşı tərbiyə verəydiniz. Dedim, hardan bilirsiniz mənim övladımın tərbiyəsi nədir? Bu qədər rəylərdən sonra bəlkə, mən sizin tərbiyənizi sorğulayım?
Biz həmin vaxt Səbail Rayon Polis İdarəsinə getdik. Polisdə bizimlə çox yaxşı rəftar etdilər. Müstəntiq bizimlə çox insani davrandı”.
Z.Yağmur qeyd edib ki, bacısı və qardaşı onun həbsi ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























