Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemi tətbiq edildikdən sonra insanların kartlardan istifadəsi ilə bağlı problemlər yaranıb. Belə ki, sərnişinlər kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayətlənirlər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən verilən açıqlamada problemin həlli ilə bağlı işlər aparıldığı bildirilib:
"Bu kimi texniki problemlər üzə çıxdıqca aradan qaldırılır. Problem tək karta pulun yüklənməsində gecikmənin olması deyil, başqa problemlər də olur. Onların da aradan qaldırılması üçün hazırda texniki heyət iş görür”, - deyə bildirilib.
"Müəyyən gecikmələr ola bilər, amma pulun kart hesabına oturmaması mümkün deyil”, - deyə qeyd edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























