• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 9-cu sinif şagirdi öldü

Azərbaycanda 9-cu sinif şagirdi öldü
13.10.2021 10:42
Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
 
Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
 
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.

Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən Kamil Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K. Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
 
Məktəbdən sayta verilən açıqlamada Kamil Əsgərovun dünyasını dəyişdiyi xəbəri təsdiqlənib.
 
Bildirilib ki, Kamil Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib:
 
"Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”, - deyə məlumat verilib. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol