Azərbaycanda 3700-dək itkin şəxs olub - AÇIQLAMA

İkinci Qarabağ döyüşlərindən sonra 7 Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi rəsmi qeydiyyata alınıb, birinci Qarabağ savaşı zamanı itkin düşənlərin sayı isə 3700 nəfər olub. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Bütövlükdə regionda isə (Ermənistan və Azərbaycan daxil olmaqla) 4500-dən çox itkin düşmüş şəxs var .
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri Ariane Bauer anews.az-a açıqlamasında deyib ki, hazırda 100-dən çox ölkədə təşkilatın 20.000-dək işçisi çalışır.
"Bizim 100-dən çox ölkədə ofislərimiz var. Hazırda Azərbaycanda Bakı və Bərdə şöbələrimiz fəaliyyət göstərir", - deyə o məlumat verib.
Beynəlxalq Qızıl Xaç komitəsinin Azərbaycanda saxlanılma məntəqələrinə 5 nəfərdən ibarət heyət baş çəkir. Bu şəxslər neytrallığın qorunması ilə bağlı xarici vətəndaşlar olur. Onlardan 2-si tərcüməçi, 1-i tibb işçisi, 2-si ümumi nümayəndədir.
Saxlanılma məntəqələrinə baş çəkərkən komitə heyəti əvvəlcə rəislə söhbət edir, ikinci etapda ərazi və binaya baxış keçirilir, bu zaman əgər saxlanılan şəxs heyətlə təkbətək söhbət etmək istəyərsə ona şərait yaradılır. Növbəti etapda, saxlanılan şəxsə ailəsi ilə məktublaşmağa şərait yaradılır.
Sonda komitə heyəti məntəqədəki şərait, rəftar, tibbi xidmətlər, ailə əlaqələri və məhkəmə təminatı barədə hesabat hazırlayır.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























