Gömrük xətti ilə büdcəyə nə qədər pul daxil olub? - RƏSMİ

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların həcmi açıqlanıb.
Komitədən verilən məlumata əsasən, 2021-ci ilin sentyabr ayında gömrük xətti ilə büdcəyə 383 191 700 manat vəsait daxil olub.
Bu, əvvəlki ayın (avqust 2021-ci il) göstəriciləri ilə müqayisədə 0,7 faiz az, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 23,6 faiz çoxdur.
Sentyabr ayı ərzində gömrük rüsumu üzrə 107 650 600 manat, ƏDV üzrə 257 783 300 manat, aksizlər üzrə 14 155 600 manat, yol vergisi üzrə 3 602 200 manat vəsait büdcəyə cəlb edilib.
İlin yanvar-sentyabr ərzində gömrük xətti ilə büdcəyə 3 193 247 000 manat vəsait köçürülüb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində büdcəyə 2 955 235 300 manat vəsait daxil edilib. (oxu.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























