• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək

Qarabağda yeni su mənbələri müəyyənləşdiriləcək
13.10.2021 14:02
Azərsu" ASC ötən ilin oktyabrda işğaldan azad olunmuş ərazilərdə su təchizatı sistemlərinin bərpasına başlayıb.

Bu barədə  qurumdan bildirilib.

Məlumatda həmçinin deyilir ki, ilk olaraq oktyabrın 20-də qurumun əməkdaşları Cəbrayıl rayonuna ezam olunub. Oradakı hərbi hissələrin düşmənin dağıtdığı su su təchizatı sistemlərinin bərpasına başlanılıb.

Noyabrda  Şuşa işğaldan azad olunduqdan bir neçə gün sonra isə əməkdaşlar şəhərə ezam olunublar və qısa müddətdə Şuşanın su təchizatı sistemlərinin bərpası ilə bağlı işlər həyata keçirilib. İlkin olaraq noyabrın 25-də Kiçik Kirs-Şuşa magistral su kəməri bərpa edilib, şəhərə suyun verilməsini təmin olunub. Buna qədər isə Daşaltıda su təchizatı sistemi bəpra edilib. Orada Şuşa şəhərinə su daşıyan maşınların doldurulması üçün məntəqə yaradılıb.

Bunun ardınca Zarıslıda işlər görülüb, Zarıslı-Şuşa magistral kəməri ilə suyun verilməsi dekabr ayında bərpa edilib. Daha sonra "Azərsu"yun həm Hardrut qəsəbəsində, həm də Şuşa şəhərində daimi xidmət göstərən briqadası olub. Onlar qarşıya çıxan problemlərin operativ həlli ilə məşğul olurlar. Hardrutdakı xidmət Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarına və Hardrut qəsəbəsinə, Şuşadakı xidmət isə Şuşa şəhərinə və ətraf ərazilərə xidmət edir.

Bu ilin yay aylarında "Azərsu" Kəlbəcərdə 3-cü xidmətini yaradıb. Şəhəndə hərbi xidmət aparan şəxsi heyətin, mülki şəxslərin yaşadığı obyektlərin su təminatının aparılması ilə bağlı daimi xidmət təşkil olunub. Amma əsaslı işlər əsasən Şuşada başlayıb. Ölkə prezidentinin təsdiq elədiyi proqrama uyğun olaraq şəhərin su təchizatı sistemlərinin yenidən qurmasının I mərhələsi icra olunur. Təqribən bu ilin avqust ayında orada işlərə başlanılıb. Kiçik Kirs-Şuşa magistral kəmərinin 5,3 kilometrlik hissəsinin yenidənqurması işləri həyata keçirilir. Eyni zamanda layihənin I mərhələsi Şuşada hər birinin həcmi 500 kubmetr olan 2 su anbarının və 6 kilometr şəhərdaxili şəbəkənin tikintisini əhatə edir. Bu ilin sonunda, gələn ilin əvvəllərində bu layihənin yekunlaşdırılması nəzərdə tutulur.

Şuşanın Baş Planı tam təsdiqləndikdən sonra orada layihənin növbəti mərhələsi başlayacaq. Bütün şəhərdaxili şəbəkənin yaradılması, yenidən qurulması, həm içməli su, həm də kanalizasiya şəbəkəsinin, eyni zamanda tullantı su təmizləyici qurğuların tikintisi növbəti mərhələdə öz əksini tapacaq. Bundan sonra Ağdam, Cəbrayıl və digər şəhərlərdə də "Azərsu”yun mütəxəssisləri su mənbələrinin seçilməsi ilə bağlı ilkin qiymətləndirmə işləri aparacaq. Artıq Ağdam şəhəri üçün yeraltı sulardan, yəni subartezian quyulardan istifadə olunmasına ilkin olaraq qərar verilib. Şəhər yaxınlığında subartezian quyuları qazılacaq və şəhərin içməli su tələbatı həmin mənbə hesabına təmin olunacaq. Cəbrayılda və digər şəhərlərdə də növbəti mərhələlərdə su mənbələri müəyyənləşdiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol