• $
  • €
  • ₽
  • ₺
  • £

Dəhşətli qəzada qaydanı pozan KİMDİR? – Polis aydınlıq gətirir

Dəhşətli qəzada qaydanı pozan KİMDİR? – Polis aydınlıq gətirir
13.10.2021 14:38
"Hazırda hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir. İlkin və gözlə görünən məlumata görə, yük maşını hərəkət etdiyi zolaqdan çıxaraq, avtobusu arxadan vurub. Bu da təqsirin məhz yük maşınında olduğunu deməyə əsas verir. Çünki yük maşının yol hərəkəti qaydalarını kobub şəkildə pozduğu aşkar görünür. Amma təbii ki, yekun nəticə istintaqdan sonra bəlli olacaq”.
 
 
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli bugünükü qəzada təqsirkar tərəfin kim olması ilə bağlı suallara aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, sürücünün 19 yaşının olması onun nəqliyyat vasitəsini "C” kateqoriyasında idarə etməsinə maneə deyil və qanunsuzluq sayıla bilməz:
 
""Yol hərəkəti haqqında” Qanuna görə, hər bir vətəndaş 18 yaşında "D” və "C” kateqoriyalarını ala bilər. Sürücünün də qeyd edilən kateqoriyası var. Qanunvericilikdə sürücülük üçün tələb olunan kateqoriyalar nəzərdə tutulub. Məsələn, "D” kateqoriyası üçün 5 illik təcrübə tələb olunur. Yəni avtobus idarə edən şəxsin 5 illik təcrübəsi olmalıdır. Amma "C” kateqoriyası üçün belə bir tələb yoxdur. Əksəriyyət sürücünün yaşına köklənib, amma burada qanunsuzluq yoxdur”.
 
DİN rəsmisi qeyd edib ki, hazırda sürücü saxlanılaraq, istintaqa cəlb olunub, ifadəsi alınıb və hadisənin təfərrüatları aydınlaşdırılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
 
Hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.
 
Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobili "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH- 116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. İlkin məlumata görə, qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Yük maşının sürücüsü, 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. (modern.az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol