• $
  • €
  • ₽
  • ₺
  • £

Aeroport yolundakı qəzada əsl günahkar kimdir? - Ekspert ŞƏRHİ

Aeroport yolundakı qəzada əsl günahkar kimdir? - Ekspert ŞƏRHİ
13.10.2021 15:34
Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır qəza nəticəsində 5 nəfərin öldüyü, 21 nəfər isə yaralandığı bildirilib.
 
Baş verən ağır qəza gündəmdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, bəzi insanlar hadisənin səbəbini yük avtomobili sürücüsünün 19 yaşda olmasına və qanunsuz ("Fərqlənmə nişanı" olmadan) fəaliyyət göstərməsinə yönəldirlər.
 
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı Modern.az-a danışarkən bildirib ki, qanunsuz fəaliyyət hər zaman ağır qəza hadisələrinə gətirib çıxarır:
 
"Bu hadisələr onu göstərir ki, sərinişin, yükdaşıma qanuni fəaliyyət kimi nəzarət altında olmalıdır. Təcrübə göstərir ki, qanunsuz fəaliyyət ağır nəticələrə gətirib çıxarır. Çünki qanuni fəaliyyət göstərən sürücülərdə az da olsa nəzarət, məsuliyyət, qorxu hissi var. Qanunsuz fəaliyyətə heç bir nəzarət mexanizmi, yuxu, iş, istirahət rejimi yoxdu deyə nəticəsi ağır olan hadisələr baş verir. Nəzarət mexanizmi olmadığı üçün sükan arxasında oturan şəxsin yaşı, təcrübəsi ilə də maraqlanmırlar.
 
Yük maşınlarının idarə olunması üçün ən azı 3-5 illik təcrübə tələb olunmalıdır. Ona görə bu hadisə çox ciddi araşdırılmalı və hər nüansına fikir verilməlidir.
 
Hadisənin sürücünün yuxuladığı üçün baş verdiyi açıqlanıb. Bu ciddi narazılıq yaradır və bizim dediyimiz məsələnin üzərinə gəlirik ki, sürücülərin istirahət və iş rejiminə ciddi nəzarət olunmalıdır.

Eyni zamanda, təbliğat işi aparılmalıdır. Başa salmalıdırlar ki, bu faciədir”.
 
Bəs, yük avtomobilinin tabe olduğu şirkət məsuliyyətə cəlb oluna bilərmi?
 
Ekspert qeyd edib ki, yük avtomobili şirkət tabeliyində olduğu üçün həmin şirkət də məsuliyyətə cəlb olunacaq:
 
"Maşını idarə edən sürücünün buna hüquqi çatıb-çatmadığı araşdırılmalıdır. Təbii ki, avtomobil şirkət tabeliyində olduğundan həmin şirkət məsuliyyətə cəlb olunacaq. Qanunvericilikdə belə hallarda həm hüquqi, həm fiziki şəxslərin də ayrıca məsuliyyəti nəzərdə tutulur.
 
Ümumiyyətlə, sürücülük vəsiqələrinin verilməsi daha da təkmilləşdirilməlidir. Sürücülərin psixoloji durumu, sağlamlığı diqqətdə saxlanılmalıdır”.
 
E.Muradlı sürücülərə acgözlükdən əl çəkməyi təklif edib:
 
"Ailəsini, cəmiyyəti düşünən insan acgözlüyü kənara qoyub, gün ərzində 8 saat işləməlidir. Fikirləşər ki, bu gün 8 saat işlədim bəsdi. Yoxsa, acgözlük edib 24 saat işləmək belə xoşagəlməz hadisələrə gətirib çıxarır. Belə insanlar sürücülük vəsiqəsi yox, Elmlər Akademiyasının diplomunu da alsa, xeyri yoxdur.
 
Bunların qarşısını almaq üçün ciddi nəzarət olmalıdır. Ciddi nəzarət keçmiş Nəqliyyat Nazirliyinin dövründə edilirdi. Nəqliyyat qoçuları onları tutub döyürdü, maşınlarını alıb cərimə meydançasına aparırdılar. Sonra bu sistem ləğv edildi, sürücülərə bir az sərbəstlik verildi ki, qanuni fəaliyyət göstərin. Bir müddət sonra ortaya çıxdı ki, yox, biz qılınc müsəlmanıq, başımızın üstündən yumruq əksik olmamalıdır. Ən dəhşətlisi də budur. Başqa cür mümkün deyil”.
 
Bugünkü qəzanı törədən yük avtomobilinin sürücüsü - 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol