• $
  • €
  • ₽
  • ₺
  • £

Kamran Ağayev Məşğulluq Agentliyindən şikayətçidir - “5 aydır kirayə pulu vermirlər”

Kamran Ağayev Məşğulluq Agentliyindən şikayətçidir - “5 aydır kirayə pulu vermirlər”
13.10.2021 16:45
Azərbaycan millisinin sabiq üzvü, tanınmış qapıçı Kamran Ağayev Dövlət Məşğulluq Agentliyinin Şabran rayon Məşğulluq Xidmətindən şikayətçidir.

"Qafqazinfo”ya müraciət edən futbolçu bildirib ki, öz obyektini həmin filiala icarəyə versə də, 5 aydır kirayə pulunu ala bilmir. K.Ağayev sözügedən dövlət qurumu ilə müqavilə bağladığını və onun əsasında icarə haqqı tələb etdiyini bildirib:

"Şabran rayon Məşğulluq Xidməti ilə rəsmi şəkildə müqavilə bağlamışıq. Əvvəlki 5 ayın icarə haqqını ödəyiblər. Geridə qalan 5 aylıq ödənişi isə vermirlər. Filialın rəhbərinə müraciət etmişəm, cavab bu olub ki, "get, məhkəməyə ver. Əgər orada sənin lehinə qərar çıxsa, biz pulu ödəyəcəyik””.

K. Ağayev bildirib ki, xidmət müqavilədə səhvlər olduğunu əsas gətirərək ödənişdən yayınır: "Mənə deyirlər ki, sən o müqaviləyə görə bizdən icarə haqqı ala bilməzsən. Necə ola bilər ki, hansısa rəsmi dövlət orqanında imzalanan sözləşmə yanlış olsun?”

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət etsək də, sorğumuza cavab verilməyib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol