Rusiyaya pomidor və alma ixracı artıb

Bu ilin 9 ayında Rusiyaya pomidor və alma ixracına müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar ölkədə aktiv istixana fəaliyyəti ilə məşğul olan 309 təsərrüfat barədə məlumatlar müqabil tərəfə təqdim edilib və 110 təsərrüfatda birgə videomonitorinqlər keçirilib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən dövr ərzində 187 müəssisənin pomidor ixracına icazə verilib. Həmin 187 müəssisənin bu il üzrə ixrac proqnozu 338.699 ton təşkil edir ki, bu da 2020-ci illə müqayisədə 84,5 % çoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























