Bu il hansı məhsulun ixracına qadağa qoyulub?

2020-ci ilin yanvar-sentyabrında Azərbaycandan yalnız Qazaxıstana pomidor ixracı dayandırılıb, başqa ölkələr üzrə ixracarın dayandırılması faktı qeydə alınmayıb, bunu (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri anews.az-ın sualına verdiyi cavabda bildirib.
"Yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusu aşkar edilib. BU səbəbdən Qazaxıstana pomidor ixracı müvəqqəti dayandırılıb", - deyə o, bildirib.
Sədr əlavə edib ki, digər heç bir məhsulda bu son 9 ay ərzində virus aşkar edilməyib.
2021-ci ilin 9 ayında Agentlik tərəfindən aşkarlanan uyğunsuzluqlarla bağlı ixracatçı ölkələrə ümumilikdə 113 bildiriş ünvanlanıb. Bunlardan 90-ı Rusiya Federasiyasına (79-u ərzaqlıq buğda, 6-sı ərzaqlıq qarğıdalı, 5-i toxumluq kartof üzrə), 19-u İran İslam Respublikasına (18-i ərzaqlıq kartof, 1-i toxumluq kartof üzrə), 2-si Gürcüstana (1-i toxumluq kartof, 1-i ərzaqlıq kartof üzrə), 1-i İspaniya Krallığına (pomidor toxumu üzrə), 1-i isə Türkiyə Respublikasına (üzüm tingi üzrə) göndərilib.
Samirə Əli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























