İlham Əliyevdən bayram təsis edilməsi haqqında SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb. “Qafqazinfo”nun məlumatına görə, hər il iyun ayının 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramı kimi qeyd edilsin.Dövlət başçısının digər sərəncamı ilə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" peşə bayramının təsis edilməsi ilə əlaqədar, "Meliorator günü" peşə bayramının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 may tarixli 2199 nömrəli sərəncamı ləğv edilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























