• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın aviaparkına yeni "Boeing 787 Dreamliner" təyyarələri əlavə edilə bilər

Azərbaycanın aviaparkına yeni "Boeing 787 Dreamliner" təyyarələri əlavə edilə bilər
14.10.2021 16:54
Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşmüşdür. Görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak etmişdir.

Görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni Boeing 787 Dreamliner təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib.
 
Tərəflər "Boeing” korporasiyası tərəfindən 9 genişfüzelyajlı Dreamliner təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud Boeing 757, Boeing 767 və Airbus A340 təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.













Ad - 00:30


Keçid
Optimalda Sərfəlidir!



Müvafiq təklif hazırlandıqdan sonra "Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaqdır.
Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki Boeing 787-8 Dreamliner təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında Boeing 787-8 Dreamliner təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi "Azərbaycan Hava Yolları”nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcəkdir.
Görüş zamanı tərəflər AZAL və Boeing arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.










www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol