• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat öldüyü gecə DTX-nin axtardığı Xətai Əliyevlə birgə olub - Video

Deputat öldüyü gecə DTX-nin axtardığı Xətai Əliyevlə birgə olub - Video
14.10.2021 19:27
Bir neçə gün öncə Ukraynada taksidə dünyasını dəyişən gənc millət vəkili Anton Polyakovun ölümü ilə bağlı yeni təfərrüat məlum olub.

"Qafqazinfo” Ukrayna KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı millət vəkili dünyasını dəyişdiyi gecə restoranların birində iki tanışı ilə üç saata yaxın vaxt keçirib.

Ukraynanın Daxili İşlər Nazirliyi Anton Polyakovla həmin gecə orada olan şəxslərin kimliyini aydınlaşdıra bilib. Bildirilir ki, Polyakovla eyni masada əyləşən şəxslərdən biri millət vəkili Anna Skoroxodun köməkçisi Rustam Cambulatov, digəri isə azərbaycanlı Xətai Əliyev olub.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, 1991-ci il təvəllüdlü Xətai Əliyev hazırda axtarışdadır. Lakin onun hansı səbəbdən axtarıldığı barədə məlumat yoxdur. Qeyd olunur ki, Xətai Əliyev həmin gecə tez-tez Polyakovun olduğu masaya yaxınlaşıb.

Ukraynanın daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin "Ukrayna24” telekanalının efirində bildirib ki, Polyakov restoranda spirtli içki qəbul edib. Restorandan yayılan videolardan da bunu görmək mümkündür. 

Məlumata görə, Polyakov restorandan sağlam şəkildə ayrılıb. Restorandan çıxdıqdan sonra Polyakov tanışı Cambulatovun maşınına əyləşib və təqribən iki saat Kiyevdə dolaşıblar. Daha sonra Cambulatov taksi çağırıb və Polyakov maşına əyləşərək gedib.
Yevgeni Yenin, həmçinin, qeyd edib ki, Polyakovun cibində naməlum qonur maddə ilə iki kateter aşkar olunub. Bununla yanaşı, ukraynalı millət vəkilinin cibində 10 min qrivna və 800 ABŞ dolları olub. 
Qeyd edək ki, Anton Polyakov oktyabrın 8-i Kiyevdə dünyasını dəyişib. Polislər yol hərəkəti qaydalarını pozduğuna görə taksini saxladıqda Antok Polyakovu huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, həkimlər onu xilas edə bilməyib.

Polyakovun ürəktutmasından dünyasını dəyişdiyi qeyd olunur. Bununla yanaşı, millət vəkilinin qanında metadon aşkar olunub.
 

 

 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol